...

Ombudsmanın nümayəndələri DİN-in bir sıra təcridxanalarına baxış keçirib

Cəmiyyət Materials 30 İyun 2006 20:16 (UTC +04:00)

Omdustan Aparatının əməkdaşları iyunun 30-da DİN-in Baş Mütəşəkkil Cinayənkarlıqla Mübarizə İdarəsinin MST-nə və polis bölmələrinə baş çəkib. Ombudsman Aparatından Trend ə verilən məlumata əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17 və 18-ci bölmələrinin saxlama yerlərinə baxış keçirilib.

Aparatın əməkdaşları saxlanılan şəxslərlə görüşüb, onların saxlanma şəraiti, qidalanması ilə maraqlanıb. Həmçinin şəxslərin saxlanılmasına dair sənədlərin qanuniliyi yoxlanılıb.

Saxlanma şəraiti və həmçinin hər hansı bir fiziki zor tətbiqi ilə bağlı şikayət qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti