...

İranda Azərbycan dilində çıxan qəzet və jurnallar bağlanıb

Cəmiyyət Materials 3 İyul 2006 14:10 (UTC +04:00)

İranda Azərbycan dilində çıxan qəzet və jurnallar bağlanıb. Bu barədə Trend agentliyi "Azadlıq" radiosuna istinadən məlumat yayıb.

Güney Azərbaycanda Əhər şəhəri yaxınlığındakı Bəzz qalasına illik yürüş cəhdinin qarşısının alınmasından sonra Azərbaycan dilində dərc edilən bütün mətbuat orqanlarının fəaliyyəti qadağan edilib. "Dilmanc", "Araz", "Nəvide-Azərbaycan", "Yarpaq", Yaşmaq", "Avaye-Ərdəbil" və "Şəmsi-Təbriz" kimi jurnal və qəzetlərin bağlandığı bildirilir. Farsdilli mətbuata da Azərbaycan məsələsinə toxunmaq qadağan edilib. Xəbərlərə görə, bu, ruhani rəhbər və yüksək səlahiyyətli hökumət nümayəndəsi Ayətullah Məhdi Kəhrubinin xüsusi göstərişi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti