...

"Rosprirodnadzor" Azərbaycandan neft yüklərinin daşınmasının təhlükəsizlik sistemi haqqında məlumat istəyəcək

Cəmiyyət Materials 6 İyul 2006 15:55 (UTC +04:00)

Rusiyanın Təbiətdən İstifadə Sahəsində Federal Nəzarət Xidməti (Rosprirodnadzor) Azərbaycanın müvafiq nazirlik və qurumlarından Xəzər dənizi vasitəsilə neft və neft məhsullarının daşınmasının təhlükəsizlik sisteminin təşkili haqqında məlumat istəyəcək. Bu barədə, Trend agentliyinə əsasən, Rusiyanın Təbiət Sərvətləri Nazirliyinin məlumatında deyilir. Analoji sorğu Qazaxıstana da göndəriləcək.

Sənəddə deyilir ki, Dövlət Qurumu Rusiyanın Xarici İşlər Nazirliyinin köməyilə Rusiyanın sərhədlərinə bitişik akvatoriyadan təhlükəli yüklərin kim və hansı nəqliyyat vasitələrilə daşındığını öyrənməkdir. Belə bir qərar Beynəlxalq Sosial- Ekoloji İttifaq tərəfindən nazirlik və "Rosprirodnadzor"dan edilən müraciətlər əsasında qəbul edilib. Əsas məqsəd Xəzərin Rusiya hissəsinin çirkləndirilməsinin qarşısını almaq üçün kompleks tədbirlərin görülməsidir.

Xəbər lenti

Xəbər lenti