...

Bu gün mərhum jurnalist Elmar Hüseynovun doğum günü qeyd olunur

Cəmiyyət Materials 17 İyul 2006 16:10 (UTC +04:00)

Bu gün - iyulun 17-də mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür. Trend in məlumatına görə, bu münasibətlə kütləvi informasiya vasitələrinin, jurnalist təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Elmar Hüseynovun məzarını ziyarət edəcəklər.

Anma mərasimi mərhumun dəfn olunduğu ikinci Fəxri Xiyabanda olacaq. E.Hüseynovun ailəsi, dostları, həmkarları və ölkə mediası bu gün onun xatirəsini yad edir.

Qeyd edək ki, "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynov ötən il martın 2-də yaşadığı binanın blokunda qətlə yetirilib. Jurnalistin qətlinin sifarişçiləri və icraçısı hələ də tapılmayıb.

Xəbər lenti

Xəbər lenti