...

İlqar İbrahimoğlu: Beynəlxalq təşkilatlar Livandakı hadisələrə mövqe bildirmirlər

Cəmiyyət Materials 26 İyul 2006 16:32 (UTC +04:00)

Beynəlxalq təşkilatlar, o cümlədən daim insan hüqüqlarından bəhs edən ölkələr bu gün nədənsə sakit mövqədə dururlar. Trend xəbər verir ki, bu barədə iyunun 26-da İnsan Haqları və mülki vəziyyət İnstitutunun direktoru, Dini etiqad və Vicdan azadlığı mərkəzinin baş koordinatoru İlqar İbrahimoğlu Livanda baş veren hadisələrə həsr olunmuş dəyirmi masada bildirib. O, İspaniyada, Almaniyada keçirilən etiraz aksiyalarını yada salaraq, insan haqları fəallarının İsrail və digər əlaqədar səfirliklərin, BMT-nin Azərbaycandakı ofisinin qarşısında bu cür tədbirlərin keçirəcəyini bildirib.

Tədbirdə politoloq Zərdüşt Əlizadə də çıxış edərək bildirib ki, 2-3 min il əvvəl hansısa xalq hardasa yaşayıbsa, indi onu zorla həmin yerə qaytarmaq düzgün deyil.

AXC-nin sədr müavini professor Kamil Vəli Nərimanoğlu Türkiyənin mövqeyindən razı qalmadığını bildirib. Onu da qeyd edib ki, bu hadisələr ictimaiyyətə düzgün catdırılmır. "Çünki bu, Hizbullah-İsrail müharibəsi yox, bir ölkənini digər ölkənini torpağını zəbt etməsidir. Bütün müsəlmanlar Livanlıların haqqlarını müdafiə etməlidir".

Tədbirdə iştirakçılara Livanda baş verənlərin, hücumların, həlak olanların, xəsarət alan qadın və uşaqların əks olunduğu şəkillər də təqdim olunub.

Xəbər lenti

Xəbər lenti