...

AFFA legionerlərlə bağlı məhdudiyyəti qüvvədə saxlayıb

Cəmiyyət Materials 26 İyul 2006 16:52 (UTC +04:00)

AFFA klublara güzəştə getməməyi qərara alıb və gələn çempionatdan başlayaraq legionerlərin sayı ilə bağlı məhdudiyyəti qüvvədə saxlayıb.

Trend agentliyinin məlumatına əsasən, komanda rəhbərlərilə görüş zamanı Assosiasiyanın rəhbəri Ramiz Mirzəyev bəyan edib ki, meydançada bir kollektivin tərkibində legionerlərin sayının 3-dən çox olmaması haqqında İcraiyyə Komitəsinin qərarı qüvvədə qalır. Ali Liqanun bir sıra klubları, o cümlədən, "Bakı", "Karvan", "Xəzər" və digərləri Assosiasiyanın bu məhdiyyətin qüvvəyə minməsini gələn ilə saxlayacağına ümid edirdi. Eyni zamanda iki ildən çox Azərbaycanda çıxış edən legionerlərin hüquqlarının yerli oyunçularla bərabərləşdiriləcəyi barədə də qərar verilib.

Qeyd etmək lazımdır ki, AFFA-dakı görüş bağlı qapılar arxasında keçirilib.

Xəbər lenti

Xəbər lenti