...

"Qala" basketbol klubu baş məşqçini müəyyənləşdirib

Cəmiyyət Materials 15 Avqust 2006 15:54 (UTC +04:00)

Rimas Kurtinaytis baş məşqçi vəzifəsindən getdikdən sonra "Qala" basketbol klubunun yeni məşqçisi təyin olunub.

Trend xəbər verir ki, bu vəzifəyə uzun müddət litvalı mütəxəssissin yaxın köməkçisi olmuş Elxan Əliyev təyin olunub. Bu təyainat gözlənilən idi, çünki E.Əliyev məşqçi təcrübəsinə malikdir və Azərbaycana qayıtmazdan əvvəl 5 il Türkiyədə işləyib. Yeni mövsümdə klub bütün gücünü ölkə çempionatına yönəldəcək, çünki Avropa Kuboku yarışlarında iştirak etmək niyyətində deyil.

Qeyd etmək lazımdır ki, oyunçular məzuniyyətdən qayıdıb və hazırda Olimpiya kompleksində məşq keçərək fiziki imkanlarını artırır.

Xəbər lenti

Xəbər lenti