...

Azərbaycan Ermənistanın işğalı altında olan ərazilərdəki tarixi abidələrin qorunması üçün YUNESKO-ya müraciət edib

Cəmiyyət Materials 16 Avqust 2006 11:43 (UTC +04:00)

Azərbaycan Ermənistanın işğalı altında olan ərazilərdə və ermənilərin yanğın törətdiyi yerlərdəki tarixi abidələrin qorunması üçün YUNESKO-ya müraciət edib. Bu barədə Trend ə Azərbaycanın YUNESKO-dakı səfiri Elionora Hüseynova xəbər verib.

Hirkan və Qobustan qoruqlarının YUNESKO-nun dünya irsinin qorunması siyahısına daxil edilməsi haqqında danışarkən, E.Hüseynova qeyd edib ki, bu məsələ texniki səbəblərə görə gecikir.

O həmçinin qeyd edib ki, gələcəkdə hələ Azərbaycan mədəniyyətinin digər abidələri də bu siyahıya daxil ediləcək. Bu məsələ komitələrin bu məsələlər üzrə növbəti sessiyasında gözdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti