...

Nazim İbrahimov: Azərbaycan Ermənistanla informasiya müharibəsində "hücum" taktikasına keçir

Cəmiyyət Materials 17 Avqust 2006 16:23 (UTC +04:00)
Nazim İbrahimov: Azərbaycan Ermənistanla informasiya müharibəsində "hücum" taktikasına keçir

Prezidentin göstərişi ilə Azərbaycan Ermənistanla informasiya müharibəsində hücum taktikasına keçir. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 17-də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bəyan edib.

O qeyd edib ki, 2007-ci ildə xarici KİV-də çalışan azərbaycanlıların forumu keçiriləcək. Bu, Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması üzrə işin istiqamətlərindən biri olacaq.

Komitə başçısı bildirib ki, xaricdə yaşayan elm xadimlərinin də informasiya müharibəsinə kömək etməsi məqsədilə onların forumunun keçirilməsi planlaşdırılır. Azərbaycanın diplomatik idarə başçılarının növbəti konfransından sonra diasporumuz və diplomatik missiyalar ölkə XİN ilə birgə öz fəaliyyətini gücləndirəcək.

Xəbər lenti

Xəbər lenti