...

Hindistanlı qrossmeyster Vişvanatan Anand Teymur Rəcəbovla hesabı bərabərləşdirib

Cəmiyyət Materials 19 Avqust 2006 12:01 (UTC +04:00)

Mayntsda təşkil olunmuş ənənəvi şahmat festivalı çərçivəsində keçirilən sürətli şahmat üzrə dünya çempionu adı uğrunda Teymur Rəcəbov və Vişvanatan Anand arasında görüş heç-heçə ilə başa çatıb.

Trend in xəbər verdiyi kimi, ikinci oyun günündə hindistanlı 3-cü partiyada rəqibləri üzərində qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib (2:2). Növbəti partiyanı isə tərəflər heç-heçə ilə başa vurub. Reqlamentə əsasən, yaxın iki gündə şahmatçılar daha 4 oyun keçirəcək və bu görüşlərin yekunları üzrə qalib müəyyən ediləcək.

Xatırladaq ki, birinci oyun günündə T.Rəcəbov sürətli şahmat üzrə tanınmış usta hesab olunan V.Anandı məğlub edib, daha bir görüşü isə heç-heçə ilə yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti