Azərbaycanlı ağır atlet Turan Mirzəyev (77 kq) Santo-Dominqoda keçirilən dünya çempionatının ilk onluğuna düşə bilməyib.
Trend in xəbər verdiyi kimi, çıxışa dartınma ilə ağırlıq qaldırmadan başlayan Avropa və dünya birinciliklərinin mükafatçısı, Afina Olimpiadasında dördüncü yer tutmuş Turan Mirzəyev 146 kq-lıq nəticə göstərib. O, dartınma ilə 181 kq qaldırıb. İki ağırlıq qaldırmanın nəticələrinə görə, 377 kq toplayan Turan 16-cı mövqedə qərarlaşıb. Yunanıstanlı Spiridon Stamatiadis də onunla analoji nəticə göstərib. Ancaq T.Mirzəyev rəqibindən fərqli olaraq yüngül çəkili olduğundan bu mövqedə o qərarlaşıb.
Qeyd etmək lazımdır ki, elə həmin kateqoriyada (77 kq-dək) digər həmyerlimiz Zaur Abdullayev uğursuz çıxış edib.