Hazırda Rusiya Federasiyasının ali məktəblərində dövlət xətti ilə 347 Azərbaycan vətəndaşı (262 tələbə, 2 magistr, 36 aspirant, 4 doktorant, 25 kursant, 10 mülki Müdafiə Akademiyası və Diplomatik Akademiya dinləyicisi, 8 tibb universitetlərinin ordinatoru) təhsil alır. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Azərbaycan vətəndaşlarının Rusiya ali məktəblərinə qəbulu dövlət xətti ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyasının Təhsil Nazirlikləri arasında 01.02.2002-ci il tarixli əməkdaşlıq protokolu" əsasında həyata keçirilir.
Tərəflər hər il diplomatik kanallarla təqaüdlərin məbləğini və qəbulun şərtlərini razılaşdırır.