...

Azərbaycanın cüdo komandası Gürcüstanda Prezident kubokunda üçüncü yer tutub

Cəmiyyət Materials 5 Oktyabr 2006 18:05 (UTC +04:00)

Azərbaycanın cüdo komandası Gürcüstanda gənclər arasında Prezident kubokunda bir qızıl, iki gümüş və dörd bürünc mükafat qazanıb.

Kollektivin baş məşqçisi İbadulla Şabanovun Trend ə verdiyi xəbərə görə, 57 kq-a qədər çəki kateqoriyasında qələbə qazanmış Vəsilə Əlməmmədova daha çox uğur qazanıb. Turan Seyidli (48 kq) və Gözəl Zutova (63 kq) finalda məğlub olaraq, qələbədən bir addım geridə qalıb. Eyni zamanda Əminə Abbasova (48 kq), Leyla Mirzəyeva, Rəqsanə Əhmədova (63 kq) və Raqiyə Qarayeva (70 kq) üçüncü yerləri tutublar. Nəticədə Azərbaycan komandası ümumi hesabatda üçüncü yeri tutub.

Qeyd etmək lazımdır ki, yarışda on iki ölkədən yüz əlli idmançı qız iştirak edib.

Xəbər lenti

Xəbər lenti