...

ÜAK-ın Moskva şəhər təşkilatının sədri: "Rusiyada azərbaycanlılara qarşı təzyiqlər müşahidə edilmir"

Cəmiyyət Materials 17 Oktyabr 2006 12:38 (UTC +04:00)

"Rusiya ilə Gürcüstan arasında yaranmış narazılıqlarla bağlı Moskvadakı mənfi əhval-ruhiyyə azərbaycanlılara təsir göstərmir. Ümumiyyətlə, azərbaycanlılara qarqşı münasibətdə heç bir fərq hiss etmirik". Bu fikirləri Trend ə açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev bildirib.

İlqar Hacıyev Rusiya bazarlarında çalışan Qafqaz xalqlarına mənsub adamların (gürcülər, azərbaycanlılar və s.) çıxarılması, təzyiqlərə məruz qalması barədə məlumatlara münasibət bildirərkən deyib ki, bu problem sırf azərbaycanlılarla bağlı deyil. Onun sözlərinə görə, Rusiyada Miqrasiya Xidməti tərəfindən ayda bir dəfə reydlər keçirilir, qeyri millətlərdən olan vətəndaşların sənədləri, qeydiyyatı yoxlanılır.

"Rusiyada çoxlu sayda qeyri-qanuni və qeydiyyatsız yaşayanlar, saxta sənədlərlə gəzənlər var. Dövlət proqramına uyğun olaraq belə hallarla bağlı daim araşdırma aparılır. Sənədləri saxta olan, qeydiyyatsız yaşayanlar

bazarlardan və başqa yerlərdən deportasiya edilir. Lakin bu, təzyiq deyil, sadəcə problem sənədlərdəki çatışmazlıqlarla bağlı ola bilər. Ümumilikdə isə azərbaycanlılara qarşı kütləvi etirazlar, təzyiqlər müşahidə edilmir və soydaşlarımız həmişəki kimi yaşayırlar"-deyə İlqar Hacıyev bildirib.

O əlavə edib ki, ÜAK həmvətənlərimizin problemləri olanda onlarla maraqlanır. Lakin hələlik Rusiya-Gürcüstan münasibətlərinin gərginliyi Rusiyada yaşayan azərbaycanlılar üçün təhlükə yaratmır.

Xəbər lenti

Xəbər lenti