...

Azərbaycan samboçuları dünya birinciliyində altı medal qazanıblar

Cəmiyyət Materials 17 Oktyabr 2006 15:40 (UTC +04:00)

Azərbaycanın sambo yığması Moskvada keçirilən gənclər arasında dünya birinciliyində altı mükafat qazanıblar.

Trend xəbər verir ki, gənclər arasında hesabatda Ermənistandan olan Artavazd Minasyana finalda qalib gələn Əfqan Abdullayev (48 kq) çox gözəl çıxış edib. Həmçinin Emil Həsənov da (65 kq) uğurlu çıxış edib. O, ukraynalı Anton Tişenkoya qalib gəldikdən sonra ən yüksək pillədə dayanmağa nail olub.

Daha böyük yaş kateqoriyasında "qızıl"ı həlledici döyüşdə Gürcüstan nümayəndəsi David Şenqeliyanın kürəyini yerə vuran Araz Muxtarov (74 kq) qazanıb. Eyni zamanda Cavidan Qarayev (48 kq) və Zamiq Kazımov (+100 kq) ikinci yeri, Pərviz Nəzərov isə (62 kq) üçüncü yeri tutub.

Xəbər lenti

Xəbər lenti