...

Milli Məclisin payız sessiyasının müzakirəsinə "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsi təqdim olunub

Cəmiyyət Materials 27 Oktyabr 2006 12:52 (UTC +04:00)

Milli Məclisin payız sessiyasının müzakirəsinə "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsi təqdim olunub. Bu barədə Trend ə mədəniyyət məsələləri daimi komissiyasından bildiriblər.

Qeyd olunub ki, qanun layihəsi komissiyada millət vəkilləri arasında müzakirə olunub. Bugünkü cəmiyyətdə teatrla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə böyük ehtiyac hiss olunduğundan belə bir sənədiq qəbulu vacibdir. Bu sahədə xüsusi əhəmiyyət kəsb edən "Teatr və teatr fəaliyyəti haqqında" qanun tamaşaların hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyəcək, teatr fəaliyyətinin hüquqi əsaslarını, bu istiqamətdə dövlət siyasətini müəyyən edəcək. Birinci oxunuşdan sonra layihə üzərində xeyli iş aparılıb, redaktə xarakterli düzəlişlər edilib.

Onu da bildirək ki, adıçəkilən qanun layihəsi birinci oxunuşdan keçib.

Xəbər lenti

Xəbər lenti