...

Zavər Qafarlı: Yaxın vaxtlarda Çin həbsxanalarında cəza çəkən 8 azərbaycanlının Azərbaycana verilməsi məsələsi həllini tapacaq

Cəmiyyət Materials 4 Noyabr 2006 13:49 (UTC +04:00)

Yaxın vaxtlarda Çin həbsxanalarında cəza çəkən 8 azərbaycanlının Azərbaycana verilməsi məsələsi həllini tapacaq. Bu barədə Trend ə Azərbaycanın Ədliyyə Nazirliyinin beynəlxlaq hüquq əməkdaşlığı idarəsinin rəisi Zavər Qafarlı məlumat verib.

"2005-ci ildə Çinlə Azərbaycan arasında təslimetmə haqqında müqavilə imzalansa da bu iki ölkə arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilə mövzud deyil. Çin vətəndaşlarından Azərbaycanın cəzaçəkmə müəssisələrində cəza çəkən məhkum yoxdur. Lakin Çin ərazisində müxtəlif ağır cinayətlər törətdiyinə görə 8 nəfər həmvətənimiz cəza çəkir" - deyə Z.Qafarlı bildirib.

İdarə rəisinin sözlərinə görə, Azərbaycanla Çin arasında məhkumların verilməsinə dair müqavilə olmasa da, hər iki dövlət beynəlxalq hüququn qarşılıqlı prinsipinə əsasən öz üzərlərinə öhdəlik götürüb. Həmin öhdəliyə əsasən də yaxın vaxtlarda azərbaycanlı məhkumların Çindən ölkəyə gətirilməsi baş tutacaq.

Xəbər lenti

Xəbər lenti