Ümumrusiya Azərbaycanlıları Konqressi (ÜAK) bütün regional şöbələri ilə əməkdaşlıq edərək Rusiyada yeni qanunun qəbul olunması ilə əlaqədar həmvətənlilərimizə ixtisaslaşdırılmış hüquqi və başqa yardım göstərməyə hazırdır. ÜAK-ın icraçı direktorunun birinci müavini Gündüz Həmzəyev bu haqda Trend -in Moskvadakı xüsusi müxbirinə bildirib.
O məlumat verib ki, 2007-ci ilin 15 yanvarından RF hökümətinin qərarına görə, xarici vətəndaşlara əczaçılıq və spirtli içkilər sahəsində ticarət etmək qadağan edilir. Aprelin 1-dən isə xarici vətəndaşlar üçün pərakəndə ticarətə qadağa qüvvəyə minir, lakin o müddətə kimi bu sferada fəaliyyət göstərən xarici vətəndaşların yalnız 40%-i pərakəndə ticarət ilə məşğul ola bilər.
Bu qanunla bağlı G.Həmzəyev qeyd edib ki, bu Rusiya Federasiyası tərəfindən bazarlardakı vəziyyəti nizama salmaq üçün qəbul etdiyi qanundur. "Bu qanuna kimin necə yanaşmasından asılı olmayaraq, onun qəbulu və həyata keçirilməsi yalnız Rusiya orqanlarının hakimiyyəti səlahiyyətindədir. Biz ictimai təşkilatı təmsil edirik və buna müxtəlif münasibət göstərə bilərik, lakin onu ləğv etmək bizim əlimizdə deyil ". Bunu ÜAK-nın icraiyyə komitəsinin direktor müavini qeyd edib. O həmçinin qeyd edib ki, Moskva meriyasının özündə qanunla razı olmayaraq fikirlərini sərbəst şəkildə KİV-də bildirən rəsmi şəxslər var.
G.Həmzəyevin sözlərinə görə, həmvətənlərin arasında Azərbaycan vətəndaşları çox deyil, belə ki, bir çox azərbaycanlılar artıq Rusiya vətəndaşlığını əldə ediblər və bu qərarın onlarla heç bir dəxli yoxdur. G.Həmzəyev deyib: "ÜAK bizim vətəndaşlara sənədlərin qanuniləşdirilməsində kömək və ayrı-ayrı hallarda yeni iş yerləri təklif edə bilər. Məsələn, Çuvaşiyada kolxoz var ki, yeni iş yerləri təqdim etməyə hazırdır. Oxşar təkliflər Peterburqdan, Tuladan və Rusiyanın digər şəhərlərindən gəlir". O həm də qeyd edib ki, ÜAK-ın prezidenti Məmməd Əliyev Azərbaycan prezidenti tərəfindən yaradılan komissiyanın üzvüdür və ÜAK bu məsələ ilə yaxından məşğul olacaq.