...

"Sənət" qəzetində Məhəmməd Peygəmbəri təhqir etməkdə təqsirləndirilən Rafiq Tağı yeni vəkili ilə görüşəcək

Cəmiyyət Materials 27 Noyabr 2006 13:34 (UTC +04:00)

"Sənət" qəetində Məhəmməd Peygəmbəri təhqir etməkdə təqsirləndirilən Rafiq Tağı yeni müqavilə bağlanmış vəkili ilə görüşəcək. "Bu barədə Trend ə məlumat verən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Səyyad Məmmədov bildirib ki, Rafiq Tağının hüquqlarını müdafiə etməklə əlaqədar o, noyabrın 27-də Rafiq Tağının yaxın qohumu ilə müqavilə imzalayıb.

Noyabrın 28-də isə Rafiq Tağı ilə görüşərək vəkil kimi onun məsələsi ilə tanış olacaq.

Qeyd edək ki, Rafiq Tağı "Sənət" qəzetində "Avropa və biz" yazısı dərc etdirib. Yazıda Məhəmməd peyğəmbər haqda səslənən fikirlər dindarların və bir sıra şəxslərin etirazına səbəb olub. R.Tağı və S.Sədaqətoğlu barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) cinayət işi başlanıb.

Noyabrın 15-də isə Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib və onlar istintaqa cəlb olunub. Lakin heç bir vəkil Rafiq Tağı ilə Samir Sədaqətoğlunun hüquqlarının müdafiəsini öz üzərinə götürmürdü.

Xəbər lenti

Xəbər lenti