...

ABŞ Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi islahatları üzrə seminarı dəstəkləyir

Cəmiyyət Materials 6 Dekabr 2006 19:21 (UTC +04:00)

Azərbaycan Respublikasının maliyyə, səhiyyə və iqtisadi inkişaf nazirləri sabah Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi məsələlərinı və bu sahədə uğurlu islahatların aparılmasının müxtəlif yollarını müzakirə etmək məqsədilə görüşəcəklər. Trend ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə (USAİD) istinadən xəbər verir ki, Azərbaycanın səhiyyə büdcəsində son illərdə müşahidə olunan artıma baxmayaraq, Azərbaycan hələ də dünyada səhiyyə sisteminə ayrılan xərclərin az olduğu ölkələr sırasındadır və ölkənin səhiyyə xidmətinin maliyyələşdirilməsi sistemi bir çox çətinliklərlə üzləşir. USAİD təşkilatı yüksək vəzifəlı nümayəndələr üçün təşkil olunmuş Azərbaycanda Səhiyyə Maliyyələşdirilməsi İslahatları üzrə seminarda səhiyyə islahatlarına təkan vermək istiqamətində Azərbaycan hökumətilə birgə işləməyə çalışır.

Səhiyyənin Maliyyələşdirilməsi seminarının açılış sessiyası 7 Dekabr 2006-cı il tarixdə, saat 09.00-da Hyatt Park mehmanxanasının Nizami otağında keçiriləcək. Bütün mətbuat nümayəndələri açılış sessiyasında iştirak etməyə dəvət olunurlar.

Seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı ilə birgə USAİD təşkilatının maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsı tərəfindən təşkil olunacaq. Beynəlxalq Tibb Korpusu tərəfindən həyata keçirilən USAİD təşkilatının maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsı Azərbaycanın səhiyyə sektorunun inkişafına yönələn Azərbaycan və ABŞ hökumətləri arasında dayanıqlı və səmərəlı əməkdaşlığın bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti