...

Gəncə Media Mərkəzinin açılış mərasimi keçirilib

Cəmiyyət Materials 27 Dekabr 2006 18:05 (UTC +04:00)

Gəncə Media Mərkəzi Qərb bölgəsində jurnalistikanın inkişafı üçün böyük təkandır. Trendin verdiyi məlumata görə, bu fikri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Gəncə Media Mərkəzinin açılış mərasimində səsləndirib.

Mərkəzin ofisində keçirilən təqdimat mərasimində KİV-lərin, QHT-lərin təmsilçiləri, şəhərin təhsil, səhiyyə və elm ocaqlarının nümayəndələri iştirak ediblər. Gəncə Liderlər Assosiyasyasının Demokratiyaya Milli Dəstək Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən "Gəncə Media Mərkəzi" adlı layihənisinin koordinatoru İlqar Ağayev nitqində qeyd etdi ki, Mərkəzin məqsədi şəhər və region əhalisini daha dolğun məlumatlarla təmin etməkdən ibarətdir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, eləcə də qurumun nəzarət-təftiş komissiyasının sədri, mətbuatla dövlət qurumları arasında problemlərin həlli şöbəsinin koordinatoru İbrahim Məmmədli çıxışlarında ölkə mətbuatının qarşısında duran vəzifələrdən, o cümlədən regionda jurnalistikanın inkişafı üçün nəzərdə tutulan məsələlərdən dannışdılar. Onlar həmçinin GMM ilə təmaslarını diqqətdə saxlayacaqlarını bildirdilər.

Digər çıxış edənlər ölkədə mətbuatın mövcud problemlərinə toxundular, bu mənada GMM-nin fəaliyyətinə böyük ümid bəslədiklərini bildirdilər.

Tədbirin sonunda qonaqlar Mərkəzin iş prosesi ilə əyani tanış oldular.

Xəbər lenti

Xəbər lenti