...

Futzal üzrə Azərbaycan yığması yenə Türkiyə komandasına qalib gəldi

Cəmiyyət Materials 28 Dekabr 2006 14:24 (UTC +04:00)

Futzal üzrə Azərbaycan yığması İdman Sarayında keçirilən ikinci yoldaşlıq yarışmasında da Türkiyənin komandasını məğlub edib.

Trend xəbər verir ki, birinci görüşdə 4:2 hesabı ilə qalib gəldikdən sonra ikinci görüşdə meydan sahibləri daha əminliklə oynayaraq 5:2 hesabı ilə yenə qələbə qazanıblar.

Komandanın heyətində braziliyalı Sici və Vitaliy Borisov hərəsinə iki qol vurmaqla fərqləniblər, daha bir qolu isə Namiq Məmmədkərimov vurub.

Qeyd edək ki, bu yoxlama görüşlər komanda üçün gələn ilin fevral ayında Hollandiyada keçiriləcək Avropa Çempionatı yarışlarına hazırlıq mərhələsi olub. Azərbaycan futbolçularının kvalifikasiya zamanı əsas rəqibləri meydan sahibləri, eləcə də Serbiyanın yığması olacaq.

Xəbər lenti

Xəbər lenti