...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gələn il üçün iş planı təsdiqlənib

Cəmiyyət Materials 29 Dekabr 2006 16:42 (UTC +04:00)

Bu gün - dekabrın 29-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ilk kollegiya iclası keçirilib. Bu barədə Trend ə Dövlət Komitəsindən məlumat verilib.

İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurumun 2006-cı ildəki fəaliyyətini təhlil edib və görülən işləri yüksək qiymətləndirib. Komitə sədri işi gücləndirmək üçün böyük potensialın mövcud olduğunu deyib. Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova il ərzində daxil olan xidməti sənədlərə baxılmasının nəticələri, ayrı-ayrı şöbələrin fəaiyyəti barədə məlumat verib. Dövlət Komitəsi Aparatının rəhbəri Rahim Rəhimov 2007-ci il üçün nəzərdə tutulmuş iş planı layihəsini təqdim edib. Sonda gələn il üçün iş planı təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti