...

Azərbaycanda deinstitutsionallaşma Dövlət proqramı çərçivəsində 202 uşaq ailələrə verilib

Cəmiyyət Materials 10 Yanvar 2007 18:25 (UTC +04:00)

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı barədə" Dövlət proqramının həyata keçirilmə dövrü ərzində 202 uşaq ailələrə verilib. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov Dövlət proqramının gerçəkləşməsi çərçivəsində yaradılmış Koordinasiya Şurasının iclasında məlumat verib.

Proqram dövlət tərəfindən təsdiq olunub və 2006-2015-ci illər üçün nəzərdə tutulub. İclasda təhsil naziri bu məslədə dövlət strukturlarının beynəlxalq təşkilatlarla, xüsusən YUNİSEF-lə geniş əməkdaşlığının vacib olduğunu söyləyib. Milli Məclisin sosial məsələlər üzrə daimi komissiyasının sədri Hadı Rəcəbli proqramın əhəmiyyətini qeyd edərək, dövlətin onun həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirib. İclasın gedişində 2007-ci il üçün fəaliyyət planı təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti