...

Azərbaycanda Gənclər Günü münasibətilə tədbirlər planı hazırlanıb

Cəmiyyət Materials 24 Yanvar 2007 13:24 (UTC +04:00)

Azərbaycan Gənclər və İdman Nazirliyində 2 fevral - Azərbaycanda Gənclər Cünü münasibətilə tədbirlər planı hazırlanıb. Bu barədə Trend ə nazirliyin mətbuat-xidmətinin rəhbəri Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, yanvarın 30-da "Park Inn" otelinin "Dan ulduzu" zalında Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun ölkənin gənclər təşkilatı rəhbərləri, qeyri-hökumət təşkilatları başçıları ilə görüşü keçiriləcək. Yanvarın 31-də isə Bakı Əyləncə Mərkəzində I milli intellektual oyunlar keçiriləcək. Elə həmin gün nazir Azad Rəhimov "Exo" qəzetnin İnternet-forumunda iştirak edəcək.

Fevralın 1-də Yaxt-klubda Azərbaycanın yaradıcı gənclərinin mükafatlandırılması mərasimi və Azərbaycanın eks-prezidenti Heydər Əliyev haqqında filmin nümayişi keçiriləcək. Fevralın 2-də gənclərin təntənəli təltifləndirilməsi və konsert proqramı planlaşdırılıb. Elə həmin gün Milli Parkda idman tədbirləri, konsert proqramı və bayram atəşfəşanlığı təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti