...

Azərbaycan antidopinq konvensiyasını imzalamış ilk 50 ölkənin siyahısına daxil olmağı planlaşdırıb

Cəmiyyət Materials 8 Fevral 2007 20:48 (UTC +04:00)

Azərbaycan antidopinq üzrə beynəlxalq konvensiyanı imzalamış ilk 50 ölkənin siyahısına daxil olmağı planlaşdırıb. Azərbaycan tərəfinin bu mövqeyini gənclər və idman naziri Azad Rəhimov 5-7 fevral tarixində Parisdə keçirilmiş Beynəlxalq antidopinq konfransında təqdim edib. Bu barədə Trend ə nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq konfransda YUNESKO-ya üzv 90 dövlətin idman müəssisələrinin rəhbər və nümayəndələri iştirak edib. Bu dövlətlərin 47-si artıq antidopinq üzrə konvensiyanı imzalayıb.

Azərbaycan konvensiyanı imzalamış ilk 50 dövlətin sırasına daxil olmağı planlaşdırıb. Bu miqyaslı idman yarışlarının keçirilməsi üçün beynəlxalq tələbdir, deyə R. Abbasov qeyd edib.

Onun sözlərinə görə, konfrans çərçivəsində Azərbaycanın gənclər və idman naziri Ukrayna, Rusiya, Fransalı həmkarları və həmçinin YUNESKO-nun baş direktoru Kioçiro Maçuura ilə görüşüb. Görüş çərçivəsində əməkdaşlığın inkişafı üçün maraqlar qeyd olunmuş və qarşılıqlı əməkdaşlığın inkişafında YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti yüksək qiyməitləndirilib.

A. Rəhimov Azərbaycanın antidopinq sahəsindəki fəaliyyətini gücləndirmək hazırlığında olduğunu bildirərək bunun Azərbaycan üçün prioritet məsələ oldğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti