...

AFFA "Gənclərbirliyi" klubunu cərimələyib

Cəmiyyət Materials 15 Fevral 2007 15:39 (UTC +04:00)

"Gənclərbirliyi" futbol klubu AFFA-nın Cəza Komitəsinin qərarı ilə beş min AZN məbləğində cərimə olunub.

Assosiasiyadan Trend ə verilən xəbərə görə, Sumqayıt klubu qonaqların qələbəsi ilə başa çatmış, ölkə çempionunun "Neftçi" klubuna qarşı oyunu zamanı hakimin assistenti E.Musayevi təhqir etmiş məşqçi Məhərrəm Həsənovun davranışına görə dörd min AZN məbləğində cərimə olunub. Bundan başqa, M.Həsənov yaxın dörd görüş ərzində texniki zonada ola bilməz və qarşılaşmaları tribunadan müşahidə edəcək. "Gənclərbirliyi" görüşün keçirildiyi stadionda nizam-intizamın təmin olunmamasına görə daha min AZN cərimələnib.

Qeyd etmək lazımdır ki, oynanılan on dörd turdan sonra sumqayıtlılar çempionatın turnir cədvəlində sonuncudan əvvəlki yerdə qərarlaşıblar.

Xəbər lenti

Xəbər lenti