...

İqtisad Məhkəməsi MAU-nun şikayətini təmin etmədi

Cəmiyyət Materials 2 Mart 2007 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/Bu gün İqtisad Məhkəməsində hakim Raziyyə Ataşovanın sədrliyi ilə Müstəqil Azərbaycan Universitetinin ləğvi ilə bağlı 1 saylı yerli iqtisad məhkəməsinin 26 noyabr 2006-cı il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmədən bildirilib ki, MAU-nun apellyasiya şikayəti təmin olunmayıb. İqtisad Məhkəməsi 1 saylı yerli iqtisad məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. MAU-nun tələbələrinin məhkəmədəki nümayəndəsi İntiqam Əliyev isə bildirib ki, İqtisad Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər. Onun sözlərinə görə, onların şikayəti təmin olunmazsa, Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması, ayrı-seçkiliyə məruz qalınması və mülkiyyət hüquqlarının pozulması ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət verəcəklər.

Xəbər lenti

Xəbər lenti