...

Azərbaycan-Türkiyə diaspor təşkilatlarının ikinci forumu Türkiyədə keçiriləcək

Cəmiyyət Materials 16 Mart 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan-Türkiyə diaspor təşkilatlarının ikinci forumu Türkiyədə keçiriləcək. Artıq bununla bağlı Türkiyədə hazırlıq işlərinə başlanılıb. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının forumunun ildə bir dəfə keçirilməsi nəzərdə tutulur. İbrahimov bildirib ki, birinci forum Azərbaycanda diaspor işinin mütəşəkkil qurulduğunu göstərdi: "Yaxın gələcəkdə Azərbaycan-Türkiyə diaspor təşkilatlarının daimi katibliyinin yaradılması müzakirə edilir. Əlaqələndirmə Şurası bu istiqamətdə müxtəlif iş görür".

Azərbaycan-Türkiyə diaspor təşkilatlarının Bakıda keçirilən birinci forumunda 173 Azərbaycan, 140 türk, 14 Ahısxa, 23 İraq və 5 Kipr türkü iştirak edib.

Xəbər lenti

Xəbər lenti