Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Martın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanov və onunla birlikdə mühakimə olunan 10 nəfərin məhkəməsi Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin nümayəndəsi Qəhrəman Əliyevin dindirilməsi ilə davam edib.
Qəhrəman Əliyev təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş qanunsuz özəlləşdirmə epizodları ətrafında hakimlərin, prokurorların və vəkillərin suallarını cavablandırarkən ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.
Məhkəmə iclası davam edir.