...

Nyu-York meri Novruz bayramının şərəfinə qonaqlıq təşkil edib

Cəmiyyət Materials 28 Mart 2007 11:47 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Nyu-York meri Maykl Brumberq martın 26-da Novruz bayramının şərəfinə qonaqlıq təşkil edib. Bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyindən məlumat verilib.

Qonaqlar arasında İran, Azərbaycan, Türkiyə, Əfqanıstan, Pakistan, kürd diasporlarının nümayəndələri olub.

Mer bu ildən etibarən bayramın hər il keçiriləcəyi barədə məlumat verib. O xüsusi olaraq bayramın təşkilində Tomris Azərinin rəhbərlik etdiyi Amerika-Azərbaycan Cəmiyyətinin iştirakını qeyd edib.

Qonaqlığın keçirildiyi zal Novruz bayramının ənənələrinə uyğun bəzədilmişdir. Dəvətlilər arasında həmçinin Qazaxıstan, Əfqanıstan, Türkiyə, Pakistanın BMT-dəki səfirləri də olub. Azərbaycanı tədbirdə səfir Aqşin Mehtiyev təmsil edib.

Xəbər lenti

Xəbər lenti