...

"Eurosport" telekanalı Bakıda keçiriləcək bodibildinq üzrə Avropa çempionatını yayımlayacaq

Cəmiyyət Materials 2 Aprel 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Rusiyanın NTV "Eurosport" telekanalı və bir sıra başqa teleşirkətlər may ayının əvvəllərində keçiriləcək bodibildinq, bodifitnes və qarışıq cütlər üzrə Avropa çempionatını yayımlayacaqlar (transliyasiya edəcəklər). Azerisport.com-un məlumatına görə, paytaxta həmçinin öz təşkilatlarının jurnallarında yarışı işıqlandırmaq üçün Beynəlxalq Komissiya və Avropa Federasiyasının nümayəndələri də gələcəklər.

Onu da qeyd edək ki, keçən ildən hər iki təşkilatın prezidenti Rafael Santoxdur. O isə öz növbəsində Bakıda keçiriləcək Avropa çempionatı yarışlarına həddindən çox mühüm əhəmiyyət verir. Bunu da yada salaq ki, 2001-ci ildə Bakıda qitə birinciliyi keçirilib. Ancaq əvvəlki yarışın proqramına yalnız bodibildinq daxil idi.

Xəbər lenti

Xəbər lenti