...

İnsan alveri ilə məşğul olan qadın tutulub

Cəmiyyət Materials 10 Aprel 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qadın alverində günahlandırılan Gülzar Nəcəfovanı tutub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend ə çərşənbə axşamı verilən məlumata görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Nəcəfovanın gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinə aparıb cinsi istismara məruz qoyması aşkar edilib. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti