...

Azərbaycanlı əsirin valideynləri ona növbəti dəfə məktub göndərib

Cəmiyyət Materials 20 Aprel 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədovun atası oğluna növbəti məktub yazıb. Əsirin əmisi Vidadi Məmmədov cümə günü Trend ə bildirib ki, məktub bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdədəki ofisinə təqdim olunub. Məmmədov bildirib ki, Samir valideynlərinin 3 məktubunu cavabsız qoyub.

BQXK nümayəndələri Məmmədovdan ailəsinə 5 məktub çatdırıb. Samirin valideynləri ondan sonuncu məktubu martın 9-da da alıblar.

Qazax rayonundaı N saylı hərbi hissənin əsgəri, Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti