...

Prezident Aparatının şöbə müdiri: Azərbaycan hakimiyyəti jurnalistlərin vətəndaşların şərəf və ləyaqətini alçaltmasına qarşı çıxış edir

Cəmiyyət Materials 23 May 2007 12:17 (UTC +04:00)
Prezident Aparatının şöbə müdiri: Azərbaycan hakimiyyəti jurnalistlərin vətəndaşların şərəf və ləyaqətini alçaltmasına qarşı çıxış edir

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan hakimiyyəti jurnalistlərin vətəndaşların şərəf və ləyaqətini alçaltmasına qarşı çıxış edir. Bunu çərşənbə günü Bakıda Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib.

O qeyd edib ki, Azərbaycanda mətbuata heç bir təzyiq yoxdur. Şöbə müdirinin sözlərinə görə, mətbuat və söz azadlığı dövlət tərəfindən müdafiə olunur.

Bəzi beynəlxalq təşkilatların Azərbaycanda mətbuata təzyiq faktlarının mövcudluğuna dair bəyanatlarına gəldikdə isə, Həsənov qeyd edib ki, dövlət söz azadlığını qanunsuzluqla eyniləşdirən jurnalistləri dəstəkləyə bilməz.

"Hesab etmirik ki, Azərbaycanda söz azadlığına real təhlükə mövcuddur" - deyə Həsənov vurğulayıb.

Hazırda Azərbaycanda yeddi jurnalist həbsdə saxlanılır. Onlar əsasən vətəndaşlara böhtan atılmasında, habelə onların şərəf və ləyaqətinin alçaldılmasında ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti