Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması mövsümə hazırlığını iyunun 10-dan başlayacaq.
Voleybol federasiyasının mətbuat katibi Zöhrab Gözləbəylinin bildirdiyinə görə, iyunun ortalarından komanda tam tərkibdə məşq edəcək.
"Kollektivə İtaliya klublarında icarə əsasında çıxış edən forvard Natalya Məmmədova və Yelena Parxomenko, habelə digər voleybolçular qoşulacaq. Yığma Bakıda hazırlıq keçməyi planlaşdırır. Bu o deməkdir ki, ənənəvi Bois Yeltsin Kubokunadək oyunçular respublikada hazırlaşacaqlar" - deyə Gözəlbəyli qeyd edib.
Analıq məzuniyyətinə çıxdığına görə komandaya bu mövsüm Kseniyə Kovalenka və Oksana Məmmədyarova kömək edə bilməyəcək.