...

Quba sakinlərində brüsselyoz xəstəliyi aşkarlanıb

Cəmiyyət Materials 5 İyun 2007 18:03 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov / Quba rayonunda yanvar-may aylarında cəmi iki nəfərdə brüsselyoz xəstəliyi müəyyən edilib. Bu barədə çərşənbə axşamı Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, həmin şəxslər Qubanın Rük və Dağlı kəndlərində yaşayır. Aşkarlanan xəstələrin ailə üzvlərindən də qan analizləri götürülüb. Həmin insanların xəstəliyə yoluxma səbəbi kimi xəstənin ev heyvanları ilə sıx əlaqədə olması müəyyənləşdirilib. Xəstəliyin qarşısının alınması üçün rayonun bütün ərazilərində profilaktik işlər görülür.

Hesabat dövründə 46 nəfər üzərində brüsselyoz xəstəliyi üzrə yoxlanış keçirilib.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti