...

"Konsertimdə məndən başqa hamı qazandı" - Rəqsanə

Cəmiyyət Materials 8 İyun 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Hərçənd ki, Rəqsanə İsmayılovanın konserti bir həftə bundan əvvəl olub, ancaq hələ də onun səs-sədası qulaqdardadır. Məlumdur ki, şounun keçirildiyi məkan 8 min nəfərlik "Şəfa" stadionu idi və stadion demək olar ki, adamla dolu idi. Bu da o deməkdir ki, belə bir konsertdən nə qədər gəlir götürmək olar. Lakin müğənni TrendLife-a gəlirinin hara getdiyin söylədi. "Bura Azərbaycandır. Burda hər şeyə nəzarət etmək olmur. Ona görə də demək olar ki, mənim konsertimdə kim istədisə qazandı, məndən başqa" - deyə Rəqsanə öz fikrini söylədi.

"Əlbəttə ki, biz stadionun qapısını açmamışdıq ki, kim istəyir gəlsin. Sadəcə idmaşaçıların çox hissəsi stadiona gizli yollarla daxil olmuşdular. Biz qapıda dayanıb hamının sənədini şəxsən yoxlaya bilməzdik axı. Nə olsa da, mən konsertin nəticələrindən çox razıyam".

Xəbər lenti

Xəbər lenti