...

Ombudsman: "Azərbaycanda uşaqlara qarşı zorakılıq faktlarının qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir"

Cəmiyyət Materials 6 İyul 2007 15:57 (UTC +04:00)
Ombudsman: "Azərbaycanda uşaqlara qarşı zorakılıq faktlarının qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda uşaqlara qarşı zorakılıq faktlarının qarşısını almaq üçün qanunvericiliyə bir sıra dəyişikliklər edilməlidir. Bu bəyanatla cümə günü jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova məlumat verib. Onun sözlərinə görə, orta məktəblərdə zorakılıq faktları var. Bura təkcə fiziki yox, psixoloji, mənəvi zorakılıqlar da daxildir.

"Bununla bağlı orta məktəblərdə monitorinq aparılıb və davam etdiriləcək. İlkin nəticələr Təhsil Nazirliyinə təqdim olunub. Məktəblərdə zorakılıq faktlarının olmasını inkar etmək lazım deyil, əksinə bunun səbəblərini axtarmaq lazımdır" - deyə Süleymanova əlavə edib. Ombudsman monitorinqlə bağlı ilkin nəticələrdə əks olunan rəqəmlər barədə məlumat verməyib.

Azərbaycanda əhalinin üç milyon yarımını (ölkə əhalisinin sayı 8.532.400 nəfərdir) uşaqlar təşkil edir.

Xəbər lenti

Xəbər lenti