...

Qrossmeyster Teymur Rəcəbov Bildəki blits-turnirin qalibi olub

Cəmiyyət Materials 23 İyul 2007 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bildəki turnir öncəsi qrossmeyster Teymur Rəcəbov sözügedən şəhərdə keçirilən blits-turnirin qalibi olub.

Sürətli şahmat üzrə keçirilən yarışlarda əsas turnirdə iştirak edəcək qrossmeysterlər qüvvələrini sınayıblar. Yüksək reytinqinə görə Rəcəbov 1/4 finaldan mübarizəyə qatılıb və burada amerikalı Aleksandr Onişuku məğlub edib. Yarımfinalda Teymur macar Yudit Polqarla qarşılab, lakin o da Rəcəbova mane ola bilməyib. Finalda isə şahmatçımız rusiyalı Aleksandr Motılyovu mat vəziyyətinə salaraq qalib gəlib. İki görüşdən biri heç-heçə ilə yekunlaşıb, lakin növbəti görüşdə Rəcəbov rəqibinə heç bir şans verməyib.

Rəcəbovun reytinq-favoriti sayıldığı əsas dairəvi turnir isə bu gün start götürəcək.

Xəbər lenti

Xəbər lenti