Müğənni Kərim yeni klip çəkdirməyə hazırlaşır

Cəmiyyət Materials 24 İyul 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı/ Müğənni Kərim "Dönəcək" mahnısına klip çəkdirəcək. Mahnının sözləri Asifə, musiqisi isə Nadir Əzimova aiddir. Klip çəkilişləri avqustun əvvələrində olacaq. Bu haqda "TrendLife"a müğənni özü xəbər verib: "Mən çox fikirləşdim ki, hansı mahnıma klip çəkdirim. Nəhayət ki, "Dönəcək" mahnısının üstündə dayandım". Onu da deyək ki, klipin rejissoru Şahin Zəkizadə olacaq.

Xəbər lenti

Xəbər lenti