...

Müğənni Elariz Məmmədoğlu: "Cəzaçəkmə müəssisəsində tez-tez olmaq lazımdır"

Cəmiyyət Materials 10 Avqust 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust / "TrendLife" müxbir V. İmanov/ İllər keçir, həyat tərzi dəyişir lakin "Təcridxana qəbir kimi yerdir hər kəsə orada yer vardır" sözünün mənası öz aktuallığını itirmir. Əhalinin bir qismi (20-25 %) belə bir problemlə rastlaşıb. Kiminsə təcridxanada özü, kiminsə dostu, yaxını olub orada. Təcridxana müxtəlif insanları görüb. O dəmir barmaqlıqlar arasında hər kəs ola bilər. Allah heç kəsə görsətməsin. Məhz buna görə də estrada müğənnisi Elariz hesab edir ki, "gərək tez-tez cəzaçəkmə müəssisəsində olub orada olanları mahnılarla sevindirəsən. Çünki onlar nə vaxtsa cəmiyyətə qayıdacaqlar". "TrendLife"la söhbətində müğənni bildirdi ki, həmkarları ilə Bakının müxtəlif təcridxanalarında olmuşdular, ən çox adama təsir edən isə dustaq qadınları və yeniyetmələri orada görməkdir. "Təcridxana heç kimin yeri deyil. Heç kim orada yatmaq istəməz. Lakin heç kəs bilmir ki, başına nə gələcək. Hər bir insan azad doğulub və azad yaşamağa haqqı var. Lakin hər hansı bir cinayəti törədəndə mütləq ona görə cavab verməlisən. Əlbəttə təcridxanadan sonra hər bir insan normal həyata qayıdıb, azad yaşaya bilər. Lakin mənə elə gəlir ki, qadınlar və yeniyetmələri həyatın axarına buraxmaq olmaz".

-Lakin elə vaxt olur ki, təcridxanaya günahsız insanlar da düşür?

-Bir dəfə təcridxanaların birində Səməd Səmədov, Qorxmaz Əlili, Allahverdi Yolçuyev, Aybəniz Haşımova və Rəşad İlyasovla birlikdə çıxış edirdik. Həmin vaxt mənə yaşlı bir kişi yaxınlaşıb söylədi ki, mənim heç bir günahım yoxdur. Belə şeylər də olur. Elə vaxt olur ki, polislər insanı cinayət vaxtı görürlər və bütün günahı həmin insanın böynuna qoyurlar. Allah uzaq eləsin. Mən təcridxanalarda üç yaşına qədər uşaqlar görmüşəm anaları ilə birlikdə orada qalırlar.

-Bəs özün həyatda cinayyət törətmisən?

-Yadımdadır məktəb illərində oğlanın burnunu sındırmışdım. Bir dəfə də Avropa otellərinin birində çıxışım zamanı yerdə oturanların birindən ünvanıma təhqiramiz sözlər eşitdim. Toydan sonra özümü saxlaya bilməyib onun cavabını verib, hətta burnunu sındırdım. Hətta onda mühafizəçilər təccüblənmişdilər. Əgər iş polislərə çatsaydı yəqin ki, xoşagəlməz hadisələr olardı.

-Bəs sən Vısoskinin qəhrəmanının "Oğru təcridxana da oturmalıdır" kəlməsi ilə razısan?

-O, bu sözü Jeqlov rolunu oynayarkən demişdir. Hələ bilinmir həyatda bunu təkrarlaya bilərdi ya yox. Bircə onu bilirəm ki, insanların əməklərini əllərindən almaqa heç kimin hüquq çatmır.

-Cinayyət aləmində "nakolka" deyilən bir şey geniş yayılıb. Bəs səndə belə bir arzu olub?

-Yox. Amma hərçənd son zamanlar bədəndə tatuj etmək dəb halını alıb. Mən də fikirləşirəm ki, ya dəniz ya da Bakının panoramasını çiynimdə eləyim.

-Bəs sən özün təcridxanalara kömək edirsən?

-Yox. Lakin xeyriyyə aksiyalarında həmişə iştirak etməyə hazıram.

-və son sualım. Sovet dövründə yeniyetmələr üçün düşərgələr fəaliyyət göstərirdi. Əgər bizdə belə bir düşərgələr fəaliyyət göstərsə tərbiyəçi olarsan?

-Yox heç vaxt! Bu çox çətin işdir. Mənim uşaqları tərbiyə etməyə gücüm çatmaz.

Xəbər lenti

Xəbər lenti