...

Böyük Britaniya səfirliyi azərbaycanlı hokkeyçilərə avqustun 14-də viza verə bilər

Cəmiyyət Materials 13 Avqust 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Böyük Britaniya səfirliyinin Mançester şəhərində keçiriləcək Avropa çempionatı ərəfəsində Azərbaycanın Koreyadan olan vətəndaşlıq hüququ verilmiş hokkeyçilərinə viza verməsi məsələsi ölü nöqtədən hərəkətə gəlib.

Milli Federasiyanın mətbuat katibi Yaqub Nuriyev Trend ə bildirib ki, son olaraq vəziyyət avqustun 14-də, səfirlik Azərbaycan XİN-dən müvafiq zəmanət aldıqdan sonra müəyyənləşəcək. "Biz XİN-ə müraciət etdik və onlar bizimlə görüşdülər. Səfirliyə də həmçinin idmançıların federasiya ilə müqavilələrinin surəti təqdim olunacaq. Belə ki, vəziyyət öz həllinə yaxındır", - deyə Nuriyev qeyd edib.

Qeyd etmək lazımdır ki, idmançılara səfər üçün viza verilməsindən imtina edildikdən sonra yığmanın faktiki olaraq Avropa çempionatına hazırlıq planları pozulub.

Xəbər lenti

Xəbər lenti