...

Azərbaycanlı cüdoçu Ramil Qasımov Universiadada qızıl medal qazanıb

Cəmiyyət Materials 15 Avqust 2007 18:47 (UTC +04:00)
Azərbaycanlı cüdoçu Ramil Qasımov Universiadada qızıl medal qazanıb

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı cüdoçu Ramil Qasımov (66 kq) Banqkoqda keçirilən Dünya Universiadasında qızıl medal qazanıb.

Trend xəbər verir ki, finalda Ramil ispaniyalı Siqon Uriarteyə qalib gəlib.

Həqiqətən də Ramilin "ippon"la qalib gəldiyi əvvəlki döyüşlərdən fərqli olaraq, bu dəfə o daha çox xal qazanaraq qalib gəlib ki, bu da onun Universiadadakı qələbəsinin dəyərinin yüksəldir. Üstəlik yarış zamanı o Yaponiya, İran, Misir və Taypeydən olan güclü rəqiblərini məğlub etməklə azarkeşlərin rəğbətini qazanıb.

Bu yolla Azərbaycan yığması Banqkoqda hesabı medal qazanılması ilə açıb və indi mükafat uğrunda mübarizəyə başlayacaq bədii gimnastların uğurlu çıxışına ümid edə bilər.

Xəbər lenti

Xəbər lenti