...

"Büllur bəyquş" sahibi Rövşən Əsgərov "NTV-plus"da "Futbol" proqramına keçib

Cəmiyyət Materials 20 Avqust 2007 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Tanınmış sima, "Büllur bəyquş" sahibi Rövşən Əsgərov öz iş yerini dəyişib. "TrendLife"ın verdiyi məlumata görə, o, bu yaxınlarda Rusiyanın futbol kanalı olan "NTV plus"da "Futbol" proqramında işə başlayıb. Artıq efirə bir neçə reportajları da çıxıb. Ola bilər ki, bu yaxınlarda həmin kanalda yeni şərhçi kimi çıxsın. Onu da qeyd edək ki, bundan öncə o, məşhur "Sport Ekspress" qəzetində müxbir vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti