...

Azərbaycanın boks üzrə yığmasının məşqçisi: Rusiya və Kuba bizim dünya birinciliyində başlıca rəqiblərimizdir

Cəmiyyət Materials 29 Avqust 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Bizim gənclər arasında keçiriləcək dünya birinciliyində başlıca rəqiblərimiz Rusiya və Kubadan olan dəri əlcək peşəkarlarıdır". Bu barədə Trend ə Azərbaycanın boks üzrə yığmasının baş məşqçisi Nəriman Abdullayev avqustun 31-i H. Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək yarışma ərəfəsində bəyan edib.

Rəhbər bildirib ki, hazırda Rusiya yığması yaxşı komplektləşdirilib və yarışmalarda üstünlüyü ələ ala bilir. "Statistikaya nəzər salsaq, birinciliklərin əksəriyyətinin qalibi məhz ruslar olub, 2001-ci ildə Bakıda baş tutan ilk belə yarışmanın nəticələrini xatırlamaq kifayətdir" - deyə Abdullayev bildirib.

O həmçinin qeyd edib ki, onun yetirmələrinin qarşısına konkret bir minimum tapşırıq qoyılmayıb və rinq sahibləri bacardıqca daha çox mükafat qazanmağa çalışacaqlar.

Xəbər lenti

Xəbər lenti