...

"Neftçi" FK-nun yeni baş məşqçisi avqustun 31-i axşam Bakıya gələcək

Cəmiyyət Materials 31 Avqust 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Neftçi" futbol klubunun yeni bş məşqçisi Vlastimil Petrjela avqustun 31-də axşam Bakıya gələcək.

Azarkeşlərə Sankt-Peterburq "Zenit"indəki işi ilə yaxşı tanış olan çexiyalı məşqçi yeni komandasının "Şəfa" stadionunda ölkə çempionatının 4-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəyi oyununu izləyəcək.

Bu Qurban Qurbanovun neftçilərlə baş məşqçi kimi sonuncu oyunu olacaq. Bundan sonra o idarəçiliyi Petrjelaya verəcək. Özü isə idman direktoru vəzivəsini tutacaq.

Petrjela bakılılarla bir illik müqavilə bağlayıb və burada beynəlxalq arenada rəqabət apara biləcək kollektiv yaratmaq niyyəfindədir.

Xəbər lenti

Xəbər lenti