...

Voleybolçu Natalya Məmmədova karyerasını İsveçrədə davam etdirəcək

Cəmiyyət Materials 1 Sentyabr 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan voleybol yığmasının hücumçusu Natalya Məmmədova karyerasını İsveçrənin "Volero" klubunda davam etdirəcək.

Mövsümün yarısını icarə əsasında "Biqmat Sanpaolo Kyari" komandasında keçirən "AzerReyl"in keçmiş oyunçusu, yeni komandası ilə 3 il yarımlıq muqavilə imzalayıb. Bundan əlavə, iki il Nataiya "Valero" komandasının rənglərini qoruyub və komandanın tərkibində İsveçrə çempionu adını qazanıb. Beləliklə, N.Məmmədovanın xarici klublardan birinə keçid məsələsi başa çatdı. Voleybolçuya İtaliya, İspaniya və Fransanın bir sıra kolektivləri iddia edirdi.

Hazırda N. Məmmədova Avropa Qran-Pri oyunlarında iştirak edəcək yığmanın tərkibində Türkiyədədir.

Xəbər lenti

Xəbər lenti