...

"Bakı" FK məşqçi axtarışındadır

Cəmiyyət Materials 3 Sentyabr 2007 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Böyükağa Hacıyev "Bakı" futbol klubunun baş məqçi postunu tərk edib.

İki il öncəki mövsüm çempionlarının məşqçisi istefa ərizəsini milli çempionatın 4-cü turunda "Masallı"ya qarşı keçirilən və 1-1 hesabı ilə başa çatan səfər qarşılaşmasından sonra verib. Belə ki, bu ilki çempionatda yalnız bir qələbə əldə etməyi bacaran komanda iki dəfə xalları rəqiblə yarı bölüb və bir dəfə məğlubiyyətlə barışmalı olub. Bundan sonra B.Hacıyev istefa verməyi qərara alıb.

Yaxın zamanlarda bakılıların rəhbərliyi Avropa çempionatı 2008-in seçmə oyunları ilə bağlı ölkə çempionatında yaranacaq kiçik fasilədən istifadə edərəkbaş məqçi vəzifəsinə namizədliklə bağlı məsələni yoluna qoymalıdır.

Xəbər lenti

Xəbər lenti