...

Gəncə Gil-Torpaq İstehsalat Birliyində mina və hərbi sursatların zərərsizləşdirilməsi başa çatıb

Cəmiyyət Materials 4 Sentyabr 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə Gil-Torpaq İstehsalat Birliyinin 1021 kvadrat metr ərazisindən üç ay ərzində 6549 ədəd mina və hərbi sursat yığılıb və zərərsizləşdirilib. Bu barədə məlumatı Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Habil Cəfərov verib.

Təmizləmə işləri nəticəsində ərazidən 6 549 ədəd sursat tapılıb. Onun sözlərinə görə, tapılan sursatlardan 143-ü tam, qalanları isə qismən təhlükəli olub.

Minalar xüsusi maşınlarla Ağstafadakı Mina Zərərsizləşdirmə Mərkəzinə aparılıb və bundan sonra minalar orada partladılaraq məhv olunub.

Cəfərov iyunun 4-dən başlanılan təmizlənə işlərinin avqustun 28-də tam başa çatdığını bildirib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti